Müqəddəs Yelena adası

coğ. Sainte-Hélène (île)

müqəddəs
müqəddəslik
OBASTAN VİKİ
Müqəddəs Yelena adası
Müqəddəs Yelena adası (ing. Saint Helena) — Atlantik okeannında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş Böyük Britaniyaya məxsus ada. Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası (ing. Ascension Island), Tristan da Kunya (ing. Tristan da Cunha)arxipelaqına daxil olan (ing. Inaccessible Island), (ing. Nightingale Island), Bülbül adaları kimi Böyük Britaniyanin Dənizaşırı ərazisinə daxildir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışdır. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır.
Ceymstaun (Müqəddəs Yelena adası)
Ceymstaun (ing. Jamestown, 15°55′ c. e. 5°43′ q. u.) — Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunya Britaniya dəniz ərazisinin paytaxtı, şəhər, liman. == Mənbə == "Ceymstaun (Müqəddəs Yelena adası)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
Müqəddəs Georgi adası
Müqəddəs Georgi adası (ing. St George Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Adanın sahəsi 90 km²-dir. Bütün ada ağacsız tundra ilə və yalnız bəzi yerlərdə kiçik kollarla örtülüdür. Ada Qabriel Pribilov tərəfindən 25 iyun 1786-cı ildə şimal dəniz pişiklərinin yataqlarını axtararkən kəşf edilmişdir. Ada Pribılovun gəmisinin adını daşıyır. Müqəddəs Georgi adası onu kəşf edənin şərəfinə adlandırılmış arxipelaqdan birinci kəşf olunan adadır. 2007-ci il siyahıyaalınmasına əsasən, adanın 125 əhalisi var. Onların hamısı bütövlükdə olan Müqəddəs Georgi şəhərində yaşayırlar.
Müqəddəs Georq adası
Müqəddəs Georq adası — Kotor körfəzində, Monteneqro ərazisində, Perast şəhərinin qarşı tərəfində yerləşən ada. Adada əsrarəngiz Benedik abbatlıq vardır. Bu abatlıq haqqında ilk məlumat 1166-cı ilə aiddir. Kotor şəhər cəmiyyətinə aid olan abbadlığın arxitektuur quruluşunu araşdırarkən tikilinin minimum IX əsrdən mövcud olduğunu demək olar. Ada 1634-cü ildə Venesiya Respublikasının tərkibinə keçənə qədər Kotor şəhərinin tabeçiliyində olmuşdur. Ada hər zaman hüçüm və zəlzələ təhlükəsi altında olmuşdur. 1535-ci ilə Perastlılar Kotor tərəfindən təyin edilən abbat Paskalı öldürmüşdülər. 1571-ci ildə isə türk dəniz qulduru Karadoz abbadlığı yandırmışdır. 6 aprel 1607-cü ildə Dubrovnik zəlzələsi zamanı isə ada yenidən dağılır. 1812-ci ildə ada Birinci Frasız İmperiyası tərəfindən ələ keçirilir.
Müqəddəs Lourens adası
Müqqədəs Lourens adası (ing. St. Lawrence Island, esk. Sivuqaq) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatı yaxınlığında yerləşən ada. Adada əsasən Sibir yupikləri yaşayır.
Müqəddəs Matvey adası
Müqəddəs Matvey adası (ing. St. Matthew Island) — Berinq boğazının cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Leytenant İvan Sindtin ekspedisiyası tərəfindən kəşf edilmişdir. Adada yaşayış yoxdur. 1980-ci ildən ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Müqəddəs Lourens adasından 310–330 kilometr cənubda yerləşir. Amerika Birləşmiş Ştatlarının 43-cü ən böyük adasıdır. Adanın uzunluğu 52 km, eni 30 ilə 36 km arasında dəyişir.
Müqəddəs Nikola adası
Müqəddəs Georq adası serb. Острво Свети Никола, Ostrvo Sveti Никола) — Monteneqro ərazisində, Budva inziobati vahidliyində yerləşən ada. Müqəddəs Nikola adası Budva şəhərinin qarşı tərəfində. köhnə şəhərdən 1 km aralıda yerləşir. Adanın uzunluğu 2 km, sahəsi 36 ha-dır. Adanın ən hündür nöqtəsi bir qayadır və maksimal hündürlüyü 121 metrdir. Ada ekotur obyektidir. Adada uzunluğu 840 m olan 3 çimərlik vardır. Adaya ancaq qayıqla getmək olur. Adanın mənimsənilməmiş sahəsində marallar yaşayır.
Müqəddəs Paul adası
Müqəddəs Paul adası (ing. St Paul Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Müqəddəs Paul adası Pribilov adalarının ən böyüyüdür. Sahəsi 104 km²-dir. Uzunluğu 21,7 km (şimal-şərqdən cənub-qərbə) və eni 12,3 km-dir (ən geniş hissəsində). Ada vulkanik mənşəlidir. Adanın ən yüksək nöqtəsi Raş təpəsi dəniz səviyyəsindən 203 m hündürlükdədir. Orta hesabla 46 m-dən az olan qərb sahilinin yüksək düzənliyindən yuxarı qalxır. Adanın çox hissəsi qayalı yaylaların və dərələrin kifayət qədər alçaq birləşməsidir.
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi. Yelena Dmitriyeva — Rusiyanı təmsil edən həndbolçu. Yelena Qrubişiç — Xorvatiyanı təmsil edən həndbolçu. Yelena Polyonova — Rusiyanı təmsil edən həndbolçu. Yelena Radçenko — Ukraynanı təmsil edən həndbolçu. Yelena Tsıqitsa — Ukraynanı təmsil edən həndbolçu. Yelena Yatsenko — Ukraynanı təmsil edən həndbolçu.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Yelena (mifologiya)
Yelena (yun. Ἑλένη, lat. Helénē) yunan mifologiyasında Zevsin Ledadan olan qızı, Menalayın arvadı, Troya müharibəsinin səbəbkarı. Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastor və Polidevk dünyaya gəlmiş olurlar. Yelena və Kastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareydan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Yelena Paleoloqina
Yelena Paleoloqina (yun. Ἑλένη Παλαιολογίνα; 3 fevral 1428 – 11 aprel 1458, Nikosiya, Nikosiya rayonu[d]) — Kipr və Ermənistan Kralı II İoannla evliliyi ilə Kipr və Ermənistan Kraliçası, Yerusəlimin titullu Kraliçası və Antakya şahzadəsi olan Paleoloq ailəsindən olan Bizans şahzadəsi. Kipr Kraliçası Şarlottanın anası idi. O, portuqaliyalı kürəkəni Juanı zəhərləmiş və ərinin məşuqəsinin burnunun kəsilməsini əmr etmiş ola bilər. Bununla belə, o, 1453-cü ildə Konstantinopolun süqutundan sonra Kiprdə bir çox Bizans qaçqını qarşıladı və onlara kömək etdi. Yelena 3 fevral 1428-ci ildə Yunanıstanın Moreya şəhərindəki Mistra qalasında Moreya despotu II Feodor Palaioloq və Kleofa Malatestanın yeganə övladı olaraq anadan olmuşdur. Onun ata tərəfdən babası Bizans İmperatoru II Manuil Paleoloq idi və əmiləri arasında imperatorlar VIII İohann Paleoloq və XI Konstantin Paleoloq var idi. Onun beş yaşı olanda anası öldü. Yunanıstanda latın dövlətlərinə qarşı Moreyanın birləşməsi üçün aparılan müharibədə işğal edildiyi üçün atası heç vaxt yenidən evlənmədi. 3 fevral 1442-ci ildə Nikosiyadakı Müqəddəs Sofiya Kafedralında Yelena Kipr və Ermənistan Kralı II İoannla, Yerusəlimin titullu Kralı və Antakya şahzadəsi ilə evləndi.
Yelena Apanoviç
Yelena Mixaylovna Apanoviç (ukr. Олена Михайлівна Апанович; 9 noyabr 1919, Dimitrovqrad, Samara quberniyası[d] – 21 fevral 2000, Kiyev) — SSRİ və Ukrayna tarixçisi, arxivçisi, yazıçısı. O, 1991-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. Yelena Mixaylovna Apanoviç 9 sentyabr 1919-cu ildə Simbirsk quberniyasının Melekesi şəhərində (indiki Rusiyada, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhəri) anadan olmuşdur. Onun atası Mixaylo Apanoviç belarusəsilli dəmir yolu işçisi, anası Kamilla isə Polşa zadəgan Bortnovski ailəsindən idi. Mixaylonun işinin spesifikliyinə görə ailə daim yaşayış yerini dəyişdirməli olmuşdur. Onlar Belqorod, Sumı, Xarkov, Harbin (1929–1933-cü illərdə ata Çin–Şərqi Dəmiryolunun baş auditoru vəzifəsində işləmişdir), sonra yenidən Xarkovda yaşamışdılar. Apanoviç 1936-cı ildə Xarkovda orta məktəbi əla nəticələr ilə bitirmiş, Moskvada Ümumittifaq Kommunist Jurnalistika İnstitutuna daxil olmuşdur. O, ləğv edilməsi ilə əlaqədar olaraq Xarkov Milli Pedaqoji Universitetində (1941-ci ildə bitirdiyi rus dili və ədəbiyyatı fakültəsi) təhsilini davam etdirmişdir. Apanoviç İkinci Dünya müharibəsi illərində Cənubi Qazaxıstana təxliyə olunmuşdur.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Yelena Əmirova
Yelena Əmirova (1 may 1976) — Azərbaycanı təmsil edən qılıncoynadan. Yelena Əmirova 1976-cı il mayın 1-də anadan olub. Yelena Əmirova 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Yelena (film)
Yelena (rus. Елена) — 2011-ci ildə Rusiyada çəkilmiş film. Andrey Zvyaginsevin filmlərinə baxanlar yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-xətti ilə Rusiya sərhədlərini aşmış bir rejissordur. "Qayıdış", "Sürgün" kimi gözəl sənət əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi bacardı. İmkanlı təqaüdçü Vladimir 8 il ona baxıcılıq etmiş Yelena adlı qadınla nikaha girir. Və artıq bu nikahdan 2 il keçir. Yelena Vladimirlə 10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış olub və onların hər ikisinin ilk evliliklərindən övladları var. Yelenanın oğlu ailəli və iki uşaq atasıdır. İşləmir. Onun ailəsini Yelena, daha dəqiq desək Yelenanın Vladimirdən aldığı pullar dolandırır.
Yelena Komarova
Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu. 2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi. Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
Yelena Komorova
Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu. 2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi. Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
Yelena Kondratyuk
Yelena Kostantinovna Kondratyuk (ukr. Олена Костянтинівна Кондратюк;17 noyabr 1970, Lvov ) — ukraynalı siyasətçi, 9-cu çağırış Ukrayna Ali Radasının sədr müavini, “Batkivşina” partiyasından 6, 7, 8 və 9-cu çağırış parlament deputatı. VRU-nun 8-ci çağırış Söz Azadlığı və İnformasiya Siyasəti Komitəsinin katibi, ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Bərabər imkanlar” fraksiyalar arası deputatlar qrupunun həmsədri, "Radnik" PR agentliyinin keçmiş direktoru. Yelena Kondratyuk Lvovda anadan olub. O, 1993-cü ildə İvan Franko adına Lvov Milli Universitetinin tarix fakultəsini bitirib. Tarix elmləri üzrə fəlsəfə doktorudur. O, Ukraynada ictimai hərəkatların tədqiqi ilə məşğul olub. O, 2007-ci ildən Yuliya Timoşenko Blokundan parlamentin üzvüdür. 2012 və 2014-cü il seçkilərində o, yenidən Batkivşina partiyasından Radaya üzv seçilib. VRU Söz Azadlığı Komitəsinin üzvüdür.
Yelena Xoxlatkina
Yelena Xoxlatkina (ukr. Олена Анатоліївна Хохлаткіна; 28 yanvar 1968, Xerson vilayəti) — Sovet və Ukrayna kino və teatr aktrisası, Ukraynanın Xalq artisti (2008). Yelena Xoxlatkina 1968-ci ildə Xerson vilayətində anadan olub. Məktəbdən sonra 1989-cu ildə bitirdiyi Xerson mədəni-maarif məktəbində (A. A. Kaqanovun emalatxanası) oxumuşdur. Yelena Xoxlatkina yaradıcılıq fəaliyyətinə 1989-cu ildə Xerson Vilayət Ukrayna Musiqili və Dram Teatrının səhnəsində başlamış və 1999-cu ilə qədər burada çalışmışdır. 1996-cı ildə Ukraynanın əməkdar artisti adını aldı. 1997–1998-ci illərdə Adıge Respublikası (Maykop) Rus Dram Teatrında aktrisa işləyib.
Yelena Yejova
Yelena İvanovna Yejova (rus. Еле́на Ива́новна Ежо́ва; 1793, Sankt-Peterburq – 1853, Sankt-Peterburq)— Rus teatr aktrisası. Yejova Sankt-Peterburq İmperator Truppasının artisti, opera müğənnisi (soprano və mezzo-soprano) və dramatik aktrisa idi. Birinci dəfə nigaha daxil olduqda Qluxareva, ikinci evlilikdə isə Quseva soyadını daşıyıb. Yelena Yejova 1793-cü ildə Sankt-Peterburqda anadan olub. Bəzi lüğətlərdə səhv olaraq onun doğum tarixi 1787-ci il kimi göstərilir, lakin bu onun bacısı Yekaterinanın anadan olduğu ildir. Onun doğma böyük bacısı Yekaterina Yejova da onun kimi eynilə Sankt-Peterburq truppasının dramatik aktrisası idi. Həmçinin onunla bərabər eyni səhnədə başqa bir bacısı Mariya (Marya) Yejova da çıxış edib. Yelena İvanovna Yejova da bacıları kimi ailəsi tərəfindən Sankt-Peterburq Teatr Məktəbinə oxumağa göndərilib. O, hələ tələbə olarkən səhnəyə ilk dəfə 1806-cı ildə çıxıb.
Yelena Bulqakova
Yelena Sergeyevna Bulqakova (qız soy adı Nürenberq, birinci evlilikdə Nilova, ikinci evlilikdə Şilovskaya, rus. Еле́на Серге́евна Булга́кова; 21 oktyabr (2 noyabr) 1893, Riqa – 18 iyul 1970, Moskva) — rus yazıçısı və dramaturqu Mixail Bulqakovun üçüncü həyat yoldaşı, onun ədəbi irsinin qoruyucusu. “Master və Marqarita” romanında Marqarita obrazının əsas prototipi. Moskva İncəsənət Teatrının əməkdaşı, Vladimir Nemiroviç-Dançenkonun şəxsi katibi Olqa Bokşanskayanın kiçik bacısı. Yelena Bulqakova 1893-cü il oktyabrın 21-də (2 noyabr) Riqada anadan olub. Onun anadan olduğu və uşaqlıq illərinin keçdiyi ev qorunub saxlanılıb (Fellinskaya küç., №1, 1930-cu illərdə nömrə 3-ə dəyişdirilmişdir). Onun atası, vəftiz olunmuş yəhudi Sergey Nurenberq (o, bu soyadı tez-tez Nürnberq kimi yazırdı) müəllim, sonra vergi müfəttişi, jurnalist olub və Riqa qəzetləri ilə əməkdaşlıq edib. Anası Aleksandra Aleksandrovna, qızlıq soyadı Qorskaya (1864-1956), pravoslav keşişinin qızı idi. Yelena Sergeyevanın bir bacısı Olqa (1891-1948) və iki qardaşı var idi - Aleksandr (1890-1964) və Konstantin (1895-1944). Anasının təkidi ilə ailə üzvləri evdə ancaq rus dilində danışırdılar və birlikdə pravoslav kilsəsinə gedirdilər.
Yelena Bonner
Yelena Georgiyevna Bonner (rus. Еле́на Гео́ргиевна Бо́ннэр; 15 fevral 1923[…], Marı, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 18 iyun 2011[…], Boston) — Sovet və Rusiya ictimai xadimi, hüquq müdafiəçisi, dissident, publisist, akademik Andrey Saxarovun ikinci həyat yoldaşı. Böyük Vətən müharibəsi veteranı. Yelena Bonner ömrünün son illərini ABŞ-də yaşayıb. Yelena Bonner 1923-cü il fevralın 15-də Mərvdə (hazırki Marı, Türkmənistan) anadan olub. Atası — Levon Sarkisoviç Koçarov (Koçaryan). Ögey atası — Gevork Sarkisoviç Əlixanyan, 1920–1921-ci illərdə — Ermənistan (bolşeviklər) Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, 1921–1931-ci illərdə Moskvada Baumanski və Leninqradın bir sıra rayonlarında rayon komitələrində məsul partiya vəzifələrində çalışıb. 1931–1937-ci illərdə Komintern İcraiyyə Komitəsində işləyib. 13 fevral 1938-ci ildə güllələnmiş, ölümündən sonra reabilitasiya edilmişdir. Anası yəhudi Rut Qriqoryevna Bonner (1900–1987), 1924-cü ildən RKP(b)-nin üzvü, 1937-ci il dekabrın 10-da həbs edilmiş, 1938-ci il martın 22-də isə Vətən xaini ailəsinin üzvü kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Yelena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.